Day.Az представляет новость на азербайджанском языке

Pakistanın cənubunda Pancqur vilayətindəki bazarların birində partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 2 nəfərin öldüyü, daha 7 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, ölən şəxslər partlayış baş verən vaxt avtomobildə olub. Yaralananlardan 3 nəfərin vəziyyətinin ağır olduğu qeyd edilir.

Partlayışla bağlı məsuliyyəti hər hansı terror təşkilatı öz üzərinə götürməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

15 000-dək krediti 15 dəqiqəyə əldə et!