Day.Az представляет новость на азербайджанском языке

Mədəniyyət xadimlərinin prezident İlham Əliyevlə görüşü zamanı Zeynalabdin Tağıyev və digər tarixi şəxsiyyətlərin heykəlinin ucaldılması ilə bağlı qaldırılan məsələ üzərində ciddi iş gedir. Mədəniyyət naziri Əbülfəs Qarayev belə deyib. Nazir bildirib ki, bununla bağlıən uyğun məkanın seçilməsi vəabidələrin məzmun və forması ilə bağlı təkliflər gözdən keçirilir.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Hacı Zeynalabdin Tağıyev, Cəlil Məmmədquluzadə və digər şəxsiyyətlərin heykəllərinin qoyulması üçün Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Memarlar İttifaqı birgə işləyir. Mədəniyyət naziri Əbülfəz Qarayev bildirib ki, əsas məqsəd bu şəxsiyyətlərin adının layiqincə əbədiləşdirilməsidir. Bunun üçünməsələyə kompleks yanaşmaq lazımdır.

Mədəniyyət naziri bildirib ki, seçilən yer, qoyulacaq abidənin məzmunu həmin şəxsiyyətin fəaliyyətini müəyyən mənada əks etdirməlidir. Bununla bağlı ictimaiyyətin də fikrinəzərə alınmalıdır.

Əbülfəz Qarayev bildirib ki məsələ yüksək səviyyədə nəzarətddədir. Bununla bağlı müəyyən qərar qəbul edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!