Day.Az представляет новость на азербайджанском языке

Ötən ilin oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbul baş konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçıyla bağlı müəmma hələ də ortadadır.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, beynəlxalq ictimaiyyət istintaq üçün çağırışlar edir. Səudiyyə Ərəbistanı isə bu çağırışlara qalmaqallı cavab verib.

Səudiyyə Ərəbistanı İnsan Hüquqları Komissiyasının sədri Bəndər bin Məhəmməd əl-Aiban BMT İnsan Hüquqları Şurasına qorxunc bir cinayət və bədbəxt hadisə kimi qiymətləndirdikləri Qaşıqçı cinayəti səbəbindən dəhşətə düşdüklərini bildirib. Əl-Aiban bildirib ki, Qaşıqçı cinayətini beynəlxalq səviyyəyə daşımaq cağırışlarının əleyhinə olduqlarını və bu işin Səudiyyə Ərəbistanının daxili məsələsi olduğunu deyib.

O, bildirib ki, jurnalistin qətlə yetirilməsində şübhəli bilinən şəxslər ədalətə təslim edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!