İsrail Qəzzada 100-ə yaxın hədəfi bombalayıb

Day.Az представляет новость на азербайджанском языке

İsrail hərbçiləri Qəzza zolağında təxminən 100-ə yaxın hədəfi vurub.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusu öz rəsmi "Twitter" səhifəsində yazıb.

Qeyd olunur ki, zərbələr Fələstin ərazisindən Təl-Əvivə atılan raketlərə cavab olub.

Qeyd edək ki, martın 14-ü Qəzza sektorundan Təl-Əviv istiqamətində iki raket atılıb. Onlardan biri raket əleyhinə müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.