Aydın Xırdalanlı ilə vida mərasimi

Day.Az представляет новость на азербайджанском языке

Ötən gün dünyasını dəyişən tanınmış meyxana ustadı Aydın Xırdalanlının cənazəsi  Xırdalan Cümə Məscidinə gətirilib.  

Day.Az bildirir ki, qafqazinfo-nun dəfndə iştirak edən əməkdaşının verdiyi məlumata görə, məscidə ifaçının qohumları, dostları, onu sevənlər gəliblər.  

Mərhum meyxanaçının ailə üzvləri isə evdə çəkiliş aparılmasına icazə verməyiblər. 

Qeyd edək ki, ifaçı Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq. 

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Aydın Xırdalanlının nəşi məsciddən yaşadığı mənzilə gətirilib. Mərhumu bir neçə dəqiqə sonra dəfn üçün Xırdalan qəbiristanlığına aparacaqlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz