Azərbaycanlı idmançı "Tokio 2020"-yə lisenziya şanslarını artırıb

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qılıncoynatma idman növü üzrə idmançısı Aytəkin Həsənova baş məşqçi Asəf Məlikovun rəhbərliyi altında 20-24 mart tarixlərində İtaliyanın Pisa şəhərində keçirilən Dünya kubokunda iştirak edib.

Qeyd edək ki, yarış Tokio 2020 Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Aytəkin Həsənova Dünya kubokunda bütün görüşlərini başa vurub. O, çıxış etdiyi hər 3 növdə 4 reytinq xalı qazanıb və bununla lisenziya qazanmaq şansını artırıb.

Bu günə olan nəticələrə görə, idmançımız çıxış etdiyi 2 kateqoriyada 18-ci yer, və diqər 1 kateqoriyada isə 12-ci yerdə gərarlaşıb. Xatırladaq ki, 31 may 2020-ci ilədək reytinq cədvəlində ilk 25 yeri tutan idmançılar Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq hüququna malikdir.

İdmançımıza növbəti yarışlarda uğurlar arzulayırıq!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz