“Partlama təhlükəsi olsa da, qarşısı alındı”

Day.Az представляет новость на азербайджанском языке

Yanğın lokallaşdırılıb, soyutma tədbirləri davam etdirilir. Yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

Milli.Az xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı REAL-a açıqlamasında deyib.

O bildiirb ki, hadisə yerinə 3 helikopter, onlarla yanğınsöndürən maşın, yüzlərlə canlı qüvvə cəlb edilib:

"Yanğın ərazisində xüsusi boya maddələri var idi ki, onların partlama təhlükəsi var idi, hansı ki fəsadlara səbəb ola bilərdi. Onların qarşısı alındı. İnsan üçün həyati təhlükə yoxdur. Ərazi 3000 kv.m-dən çox 5 mərtəbəli ticarət mərkəzidir. Ərazi böyükdür. Yanğın sürətlə getdiyi üçün bütün operativ müdaxiləyə baxmayaraq artıq ticarət mərkəzinin böyük bir hisəsi yanaraq məhv olub. Saat 08:13 radələrində yanğınla bağlı məlumat daxil olub. İlkin olaraq yanğının dərəcəsi 1-ci dərəcəli olub, sonradan məlum olub ki, yanğının dərəcəsi 3-cü dərəcəlidir. İlkin ehtimalı açıqlaya bilməyəcəyik. Aidiyyəti üzrə araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək. Güman edirəm ki, belə obyetklərdə yanğının mühafizəsi ilə bağlı qurğular olub".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Videonu izləmək üçün şəklə klikləyin:
"Partlama təhlükəsi olsa da, qarşısı alındı" - Yanğının fəsadları ağır ola bilərdi