"Diqlas"ın zirzəmisində yanğın söndürülür

Day.Az представляет новость на азербайджанском языке

Bakıda "Diqlas" ticarət mərkəzinin zirzəmisində yanğının söndürülməsi işləri davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, ticarət mərkəzinin binasındakı yanğın məhdudlaşdırılsa da, zirzəmidə söndürülmə işləri davam edir. Zirzəminin bir hissəsi yanğından mühafizə olunub. Yanğın sahəsi 2 hektardan artıqdır.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox şəxsi heyəti, 20-dən artıq texnikası cəlb edilib.

Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən, tikinti materialları, geyim əşyaları yanıb.

Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz