Day.Az представляет новость на азербайджанском языке

Polşanın Şçeçin şəhərində artıq bir neçə gündür idman gimnastikası üzrə Avropa Çempionatı keçirilir.

Milli.Az bildirir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 38 ölkənin iştirak etdiyi qitə birinciliyində ölkəmizi kişilər arasında Murad Ağarzayev, Nikita Simonov, İvan Tixonov, qadınların yarışında isə Marina Nekrasova təmsil ediblər.

Çempionatın çoxnövçülük finalına vəsiqə qazanmış millimizin üzvləri İvan və Marina dünən baş tutan final mərhələsində öz güclərini sınayıblar. Təmsilçilərimiz müvafiq olaraq, 78.665 xalla 21-ci və 48.465 xalla 23-cü yerdə qərarlaşıblar.

Həmçinin, gimnastlarımız bu il Minskdə baş tutacaq (Belarus) 2-ci Avropa Oyunlarına lisenziya əldə etmək şansı da qazanıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!