Day.Az представляет новость на азербайджанском языке

Tovuzda polis oğurluq edən bu şəxsi axtarır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Day.Az-a verilən məlumata görə, Tovuz şəhərində evlərin birində oğurluq hadisəsi baş verib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Təhlükəsizilik kamerasından götürülmüş fotoşəkildə görünən şəxs oğurluğu törətməkdə şübhəli bilinir.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-34; (055) 333-93-93 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!