Tərlan Əhmədov alqış istədi

Day.Az представляет новость на азербайджанском языке

"Komandanın üzərində təzyiq var. Buna baxmayaraq, oyunumuz ürəkaçan idi". 

Day.Az qol.az-a istinadən xəbər verir ki, bu sözlər "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə "Qəbələ"yə uduzduqları oyundan (1:2) sonra mətbuat konfrasında deyib.

- Bu qədər imkanların fonunda qol vurmamaq və ikinci hissə başlayan kimi qol buraxmağımız məyusedici oldu. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Komandada psixoloji problemi futbolçular həll edə bilmir. İlk hissəni gözəl keçirdik. Rəqibi öz qapısı ağzına sıxdıq. Ancaq ikinci hissədəki psixoloji sindrom həlledici oldu. Adamın əziyyətinə heyfi gəlir. Bu cür oyunla uduzmamalı idik".

- Məğlubiyyət komandaya necə təsir edəcək?

- Təkcə oyun deyil. Futbolçunun bir düşüncəsi olmalıdır - mütləq qələbə qazanmalıyam. Futbolçu uduzmaqdan qorxsa, istər-istəməz bu baş verəcək. Üç gündən sonra "Qarabağ"la ağır səfər oyunumuz var. Bacardığımız qədər komandanı bu vəziyyətdən çıxarmağa çalışacağıq. Elə şeylər var ki, məşqçinin, rəhbərliyin ona gücü çatmır. Bu, futbolçunun iradəsindən asılı olur. Peşəkar futbolçular ağır vəziyyətdən çıxış yolu tapırlar. "Yuventus"u A seriyasından aşağı göndərəndə liderlər getmədi və komandanı elitaya qaytardılar.

- Oyunçuların istəkli olmamasına səbəb maliyyə problemi ola bilərmi?

- Maliyyə problemi yoxdur. Bu günlərdə maaşlarını alıblar. Oyuna baxanda adamı məyus edən gözəl oyunun fonunda məğlub olmağındır. Bu da futbolun yazılmayan qanunudur.

- Kamran Ağayevin durumu nə yerdədir?

- Əli gipsdədir, mövsümü başa vurub. Əməliyyat da ola bilər. Hər halda gips açılandandan sonra bilinəcək.

- Davud Kərimi onu əvəz edə bilirmi?

- Gəlin bu haqda danışmayaq. Səhv hamınındır. Davudun təcrübəsi var. Rəqib Davuda qədər gəlib çıxırsa, deməli, hamının səhvi var. Futbolçularımın bu gözəl oyununa yalnız alqış düşür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.