Day.Az представляет новость на азербайджанском языке

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən Naxçıvan şəhərində 20 tam orta məktəbin şagirdləri yaz mövsümünün dərin tibbi müayinələrinə cəlb olunub.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu günədək Naxçıvan şəhərindəki 6 tam orta məktəbin 2 minə yaxın şagirdi dərin tibbi müayinələrdən keçirilib.

Müayinələr zamanı bəzi şagirdlərdə miopiya (yaxındangörmə), ortodontik, nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit və digər xəstəliklər aşkarlanıb, lazımi müalicə tədbirləri təşkil olunub.

Qeyd edək ki, "Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrası istiqamətində görülən tədbirlər çərçivəsində aprelin 2-dən 25-dək cari mövsümün dərin tibbi müayinələrinə başlanılıb. Bu məqsədlə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının müxtəlif ixtisaslı həkimlərdən ibarət briqada yaradılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!