Day.Az представляет новость на азербайджанском языке

8 aprel tarixində çəkilən video çarx dünya internet şəbəkəsində əməlli-başlı səs-küyə səbəb olub.

Day.Az ölkə.az-a istinadən bildirir ki, kadrlar Meksikanın Çiuaua səhrasında lentə alınıb. İri başı olan ilanabənzər məxluq səhrada hərəkət edir. Bildirilir ki, hadisə şahidi səhranın qumlarını lentə alarkən təsadüfən bu məxluqu görüb. Meksikalı gördüyündən o qədər qorxub ki, qaçaraq gizlənib.

Bir çox ufoloq və konspiroloq bildirir ki, meksikalı şəxs səhrada yadplanetli ilə rastlaşıb. Ehtimal edilən yadplanetli kadrlarda hərəkət edir və bu da internet şəbəkəsində bir çox insan tərəfindən izlənilib. Bildirilir ki, yəqin Çiuauada bu yaxınlarda yadplanetlilərin gəmisi qəzaya uğrayıb.

Təbii ki, başqa versiya səsləndirənlər də olub. Bəziləri isə bunun sirli və müəmmalı səhra heyvanı olduğunu qeyd ediblər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Yad planetdən gələn qonaq səhrada

15 000-dək krediti 15 dəqiqəyə əldə et!