Gecə çox tərləyirsinizsə diqqətli olun!

Day.Az представляет новость на азербайджанском языке

Xərçəng xəstəliyinin araşdırması ilə məşğul olan Cancer Research UK təşkilatının məlumatına görə, gecə vaxtı tərləmənin artması xəsrəçəngin ilk simptomu kimi meydana çıxa bilər.

Bu simptom limfoma, leykemiya, sümük, qaraciyər və plevranın xərçənginə işarə edə bilər.

Day.Az saglamolun.az-a istinadən bildirir ki, alimlərin fikrinə görə, bunun səbəbi immun sisteminin fəaliyyətinin artmasıdır. İmmun sistemi gecə vaxtı daha aktiv şəkildə işləyir və bəsxassəli hüceyrələrlə mübarizə aparır.

Həmçinin onkoloqlar qeyd edir ki, gecə tərləməsinin digər səbəbləri də ola bilər - müxtəlif infeksiyalar (vərəm və s.), klimaks, bəzi dərmanların qəbulu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.