Day.Az представляет новость на азербайджанском языке

"Barselona"nın prezidenti Xosep Mariya Bortomeu Filipe Koutinyonun komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Day.Az qol.az-a istinadən xəbər verir ki, o, 26 yaşlı hücumçunun hələlik komandada qalacağını deyib: "Koutinyonun müqaviləsi davam edir. Yalnız 400 milyon avroluq sərbəst qalma məbləği ödənilərsə, Koutinyonu buraxa bilərik".
 
Qeyd edək ki, braziliyalı oyunçu Kataloniya klubuna ötən il "Liverpul"dan 150 miliyon avro qarşılığında transfer olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!