Emil Balayev üçün 90 dəqiqə

Qazaxıstan Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, milli komandamızın üzvü Emil Balayevin formasını geyindiyi "Tobol" evdə "Jetısu"nu qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb.

E.Balayev 90 dəqiqə komandasının qapısını qoruyub.

Qeyd edək ki, "Tobol" 16 xalla 2-ci pillədə qərarlaşıb. "Astana"  isə 19 xalla isə 1-cidir.