Lənkəranda maşın piyadanı vurub, sürücü qaçıb

Day.Az представляет новость на азербайджанском языке

Lənkəranda piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib.

57 yaşlı Gəncəbanu Rzayeva yolu keçmək istəyərkən naməlum şəxsin idarə etdiyi avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.