Kürdəmirdə evdə partlayış - bir ailənin 5 üzvü xəsarət aldı

Day.Az представляет новость на азербайджанском языке

Kürdəmirdə evdə partlayış baş verib, bir ailənin beş üzvü yanıq xəsarətləri alıb.

Day.Az ONA-ya istinadla verdiyi məlumata görə, hadisə bu səhər saat 6:00 radələrində rayonun "Cənub məhəlləsi" adlanan ərazisində baş verib.

Belə ki, 31 yaşlı Əsədov Anar Bünyad oğlu səhər oyanıb televizoru yandırarkən partlayış baş verib. Nəticədə 31 yaşlı Anar Əsədov, 34 yaşlı Qəndab Hüseynova, 8 yaşlı İlahə Əsədova, 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov müxtəlif növ ağır yanıq xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.