Azərbaycana maşın gətirmək istəyənlərin NƏZƏRİNƏ

Day.Az представляет новость на азербайджанском языке

Baş nazir Novruz Məmmədov "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" qərara dəyişiklik edib.

Day.Az Anews.az saytına istinadən xəbər verir ki, qaydalarda aşağıdakı dəyişikliklər edilib:

1. 10-cu hissə ləğv edilsin;

2. 13.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"13.1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.