Orqanizmin fiziki yüklənmə vaxtını səhərdən axşama keçirmək daha faydalıdır
Day.Az представляет новость на азербайджанском языке
Alimlər axşamlar fiziki yüklənmələrin daha faydalı olması qənaətindədirlər. Çünki bu zaman orqanizmimiz daha az oksigen sərf edir.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, əgər siz hər gün qaçışla məşğul olmağa üstünlük verirsinizsə, o zaman tədqiqatların yekununda göstərildiyi kimi, bunu səhərdən axşama keçirsəniz daha yaxşı olar.
Laboratoriya siçanları üzərində aparılan eksperimentin gedişində alimlər aşkar ediblər ki, orqanizmin axşam saatlarında fiziki yüklənməsi 50 faiz daha effektli nəticə verir. Məsələ burasındadır ki, gəmiricilərə axşam məşqlərində daha az oksigen lazım olub, onların orqanizmində toxumaların metabolik aktivliyini artıran maddələrin səviyyəsinin isə yüksəldiyi müəyyən edilib.
Tədqiqatlar göstərib ki, sirkad ritmləri pozulan adamlar daha az ömür sürür, şişlər və yuxusuzluq kimi müxtəlif pozuntularla daha tez-tez qarşılaşırlar. Bu pozulmalar ya orqanizmin daxili saatının dayanması, yaxud da insanın xarici şəraiti izləməsindən imtina etməsi nəticəsində, məsələn gecə növbələri səbəbindən baş verə bilər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре