Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı
Day.Az представляет новость на азербайджанском языке
Bakıda bir sıra küçə və prospektlərdə tıxac yaranıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, səhər saatlarından etibarən paytaxtın Moskva, Tbilisi, Mətbuat prospektlərində, 28 may, Vağzalyanı, Rəşid Behbudov küçələrində tıxac yaranıb.
Bununla yanaşı, Qara Qarayev prospektindən Heydər Əliyev prospektinə çıxışda tıxac yarandığından avtomobillərin hərəkət istiqaməti dəyişdirilərək Ziya Bünyadov prospektinə yönləndirilib.
Hazırda həmin ərazilərdə yol polisi əməkdaşları avtomobillərin hərəkətini tənzimləməyə çalışır.
Bununla əlaqədar Bakı Şəhər Halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik edilib. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре