İsland mamırı - göbələk və yosunun birləşməsindən əmələ gələn bitki

Day.Az представляет новость на азербайджанском языке

İsland mamırı adlanan bitki mamır və şibyə deyil, təbii bir hibrid - iki müxtəlif canlı göbələk və yosunun bir orqanizmdə birləşməsidir. Nəticədə tamamilə yeni və unikal aktiv mikroelement tərkibinə malik canlı alınıb. İsland mamırının unikallığı ondadır ki, bitkidən nəinki xəstəliklərin müalicəsi, həm də profilaktikası məqsədilə istifadə etmək olar.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, island mamırının tərkibi natrium karbonatla zəngin olduğuna görə vərəm çöplərinə qarşı müalicədə istifadə olunur. Bundan başqa tərkibi yod, müxtəlif vitamin və ətirli maddələrlə zəngin olduğundan immun sistemi möhkəmləndirmək xüsusiyyətinə malikdir. Son illərdə aparılan tədqiqatlar qadınlarda süd vəzində yaranan durğunluq və mastopatiyanın sorulmasında bitkinin yüksək səmərə verdiyini üzə çıxarıb. Eyni zamanda bitki ümumi yorğunluq, tənəffüs yolları və ağciyər xəstəlikləri, müxtəlif intensivli bronxit, allergik öskürəklər, bronxial astma, vərəm, dərinin infeksion xəstəlikləri, yanıq və bişməcələr, zob xəstəliyi və anemiyanın müalicəsində kifayət qədər geniş tətbiq olunur. Dərman zəhərlənməsi zamanı antioksik vasitə kimi faydalıdır, həmçinin narkotik maddələrdən asılılığın müalicəsində yaxşı təsir göstərir.

Mamır suyundan hazırlanan geldən ağır xroniki xəstəliklər və travmalardan sonra reabilitasiya dövründə, eləcə də asteniya, distrofiya, əzələ zəifliyindən əziyyət çəkən xəstələrdə orqanizmin möhkəmləndirilməsi üçün istifadə olunur. İysiz və tamsız olduğuna görə həssas xəstələr onu asanlıqla qəbul edir. Tərkibində aşı maddələrin çoxluğu yanıq, ishal və mədə-bağırsaq sisteminin pozulması ilə müşayiət olunan digər xəstəliklərdə ondan istifadə olunmasına imkan verir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.