Azərbaycanda yeni zavod tikiləcək

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda 2022-ci ilədək qaz emalı zavodu tikmək planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "BM Morison Partners"in idarəedici tərəfdaşı Ayxan Əsədov SOCAR-ın IV beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika" beynəlxalq forumunda deyib.

Onun sözlərinə görə, layihələndirmə-mühəndis işləri artıq başa çatıb, bu il zavodun tikintisinə başlamaq nəzərdə tutulur.

A.Əsədov qeyd edib ki, Azərbaycanda daha əvvəl vahid neft-qaz emalı kompleksi tikmək planlaşdırılsa da, neft qiymətlərinin azalması ilə əlaqədar plan dəyişdi:

"Layihəni 2017-2020-ci illərdə reallaşdırmaq nəzərdə tutulurdu. Kompleks dörd hissədən ibarət olmalı idi - qaz emalı zavodu, neft emalı zavodu, neft-kimya zavodu və elektrik stansiyası".

O bildirib ki, əsas dəyişikliklər neft emalı sahəsində qeydə alınıb. Yeni zavodun tikintisi əvəzinə diqqət Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsinə ayrılıb:

"2020-ci ilin noyabrına kimi zavodda 3,3 milyon ton dizel, 2021-ci ilin fevralınadək isə 2,2 milyon ton benzin istehsal etmək planlaşdırılır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.