Bu ərazilərdə işıq olmayacaq

Day.Az представляет новость на азербайджанском языке

Bu gün saat 11.00-dan 15.00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaqdır.

"Azərişıq" ASC-dən Day.Az-a verilən məlumata görə, fasilə Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədardır.

"Azərişıq" ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.