Namiq Qaraçuxurlu Aydın Xırdalanlının yasını “instagram”da paylaşmasından danışdı

Day.Az представляет новость на азербайджанском языке

"Mənası yoxdur, Aydın dünyasını dəyişib"

Day.Az xəbər verir ki, ARB TV-nin "Səhər-Səhər" proqrmanının budəfəki qonağı meyxanaçı Namiq Qaraçuxurlu olub.

Meyxanaçı həmkarı Aydın Xırdalanlının dəfnindən də danışıb:

"Aydının vəziyyətini görəndə hiss edirdim ki, bu çox çəkməz. Lakin mənim üçün yenə də gözlənilməz oldu. Dəfn mərasimində Moskvada idim, 3 mərasimində gəlib çıxdım. Dəfn mərasimində olmadığım üçün bir çox insanlar haqlı olaraq məni qınadılar. Ümumiyyətlə həyatda ən zəhləm gedən şey "instagram"da hansısa hüzrü paylaşmaqdı. Bir ilin içində 4 əziz adamımı itirmişəm, heç kimin də xəbəri olmayıb. Bu məsələdə başqa məqam var idi. Ataş məni 3 mərasimində kənardan çəkmişdi. Dedim ki, at paylaşım bilsinlər ki, getmişəm. 2 nəfər yazır ki, bunu niyə paylaşmısan? Saytlar da götürüb bunu yazıb. İştirakın da mənası olduğu qədər də, mənası yoxdur. Çünki artıq dünyasın dəyişib Aydın".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.