Ankarada 1 mayda terror planlaşdırılırmış

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin paytaxtı Ankarada 1 May bayram mitinqləri zamanı terror aktları həyata keçirməyi planlaşdıran 22 İŞİD üzvü saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, saxlananlardan 17 nəfəri İraq, digərləri Suriya vətəndaşıdır.

Polisin evlərdə apardığı axtarışlar zamanı çoxlu sayda odlu silah və partlayıcı maddələr aşkar edilib.

Qeyd edək ki, bu gün Trabzonda da 5 İŞİD üzvü saxlanılmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.