https://news.day.az/azerinews/1116450.html
Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini bərpa etməyib - SƏBƏB
Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini bərpa etməyib - SƏBƏB
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk boru kəmərinin Azərbaycan sahəsində davam edən təmir işləri ilə əlaqədar neft nəqlini bərpa etməyi planlaşdırmır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu şirkətin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov deyib.
O, təmir işlərinin başa çatacağı tarix barədə konkret məlumat verməyib.
Qeyd edək ki, Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini mart ayında dayandırıb. SOCAR-ın nümayəndəsi bildirib ki, bu istiqamətdə nəqli nəzərdə tutulan neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarük edilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре