1,33 milyard manatlıq əskinas və sikkələr dövriyyədən çıxarıldı

Day.Az представляет новость на азербайджанском языке

2018-ci ildə Azərbaycan Mərkəzi Bankı 1,33 milyard manat dəyərində istifadəyə yararsız əskinas və sikkələri dövriyyədən çıxarıb.

Day.Az bu barədə Trend-ə istinadən məlumat verir.

Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bu məbləğ 1,3 milyard manata bərabər olmuşdu.

Hesabata əsasən, ötən il Azərbaycana 6,42 milyard manat məbləğində yeni əskinas və sikkə daxil olub. Bu, 2018-ci illə müqayisədə 15,6 dəfə çoxdur.

2019-cu il yanvarın 1-dək dövriyyədə 8,36 milyard manat həcmində əskinas və sikkə olub. Əvvəlki illə müqayisədə bu göstərici 223,9 milyon manat artıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.