SOCAR Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsi barədə

Day.Az представляет новость на азербайджанском языке

Bu günədək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) modernləşdirilməsi layihəsinin 30 faizi icra olunub.

Milli.Az bildirir ki, bunu Trend-ə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O qeyd edib ki, 2019-cu il martın sonunadək layihə üzrə 500 milyon dollardan çox ödənişlər edilib:

"Ümumilikdə, indi detallı layihələndirmə, satınalma, avadanlıq və materialların BNEZ-in ərazisinə tədarükü üzrə işlər davam etdirilir. Bundan başqa, tikinti işləri də gedir. BNEZ-in rekonstruksiyası və modernləşdirilməsinin birinci mərhələsi ötən ilin dekabrında, Prezident İlham Əliyevin iştirakı ilə yeni bitum qurğusunun açılışı olarkən başa çatmışdı. Birinci mərhələ çərçivəsində həmçinin yeni mayeləşdirilmiş qaz terminalı istifadəyə verilmişdi".

Qeyd edək ki, hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi davam etdirilir. Bu proses 2021-ci ildə başa çatacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.