Sığorta haqları 4.2% artıb

2019-cu ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 201.2 mln. manat məbləğində sığorta haqları toplanıb, 46.2 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Day.Az bildirir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, ötən ilin ilk 3 ayı ilə müqayisədə 2019-cu ilin ilk 3 ayında sığorta haqları 4.2% (8.1 mln manat) artıb.

Könüllü sığorta bazarı üzrə haqlar 130 mln. manat, ödənişlər isə 29.9 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 71.2 mln. manat, ödənişlər isə 16.3 mln. manat olub.

2019-cu ilin yanvar-mart aylarında sektor üzrə məcmu sığorta haqlarının 64.6%-i könüllü, 35.4%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 64.7%-i könüllü, 35.3%-i icbari sığorta növləri hesabına formalaşıb.

Könüllü sığorta haqlarında artım ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2019-cu ilin yanvar-mart ayında tibbi sığorta 19.5% (9.3 mln. manat), icbari sığorta haqlarında isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta 54.9% (4.6 mln. manat) artıb.

2019-cu ilin yanvar-mart ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistics-statistics).

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.