"Azərbaycan dağ turizminin inkişafına kiçik kəndlərdən başlamalıdır"

Azərbaycan dağ turizminin inkişafına kiçik kəndlərdən başlamalıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Beynəlxalq Dağçılıq və Alpinizm Federasiyasının vitse-prezidenti Mişel Mansuel bildirib.

O qeyd edib ki, turizm dağ kəndləri üçün vacibdir və burada hər kəs öz kiçik turizm təsərrüfatını yaratmalıdır.

"Məsələ orasında deyil ki, insanlar dağ turizmindən faydalanacaq, ya yox. Onların bu işdə necə iştirak edəcəyi daha vacibdir. Kəndlərdə kiçik turizmin inkişafına daha çox təkan vermək lazımdır. Belə olduğu halda, hər bir sahibkar bərabər şəkildə bu işdən faydalanacaq".

M.Mansuel əlavə edib ki, azərbaycanlılar onun həmvətənlərinə bənzəyirlər:

"İrlandlar da gülümsəyən, dostsevər və salamlaşan insanlardır, bu da çox gözəl əlamətdir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.