Azərbaycan karbamid gübrələrinin ixracına nə zaman başlayacaq?

"SOCAR karbamid" zavodu bu ilin may-iyun aylarında karbamid gübrələrinin ixracına başlayacaq.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə SOCAR-dan bildiriblər.

Məlumata əsasən, məhsulun böyük hissəsi Türkiyəyə tədarük olunacaq.

Bundan başqa, Qara dəniz və Aralıq dənizi ölkələrinin bazarına çıxmaq planlaşdırılır.

Qeyd edək ki, "SOCAR karbamid" zavodu yanvarın 16-da istifadəyə verilib. Zavod ildə 600-650 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

Hazırda "SOCAR karbamid" zavodu ölkənin qeyri-neft sektorunda ən iri layihədir və bu layihənin dəyəri təxminən 800 milyon avro təşkil edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.