Avrokomissar: "Aİ ilə “Şərq tərəfdaşlığı” arasında ticarət münasibətlərində istifadə olunmamış böyük potensial var"

Avropa İttifaqı (Aİ) ilə "Şərq Tərəfdaşlığı" ölkələri arasında ticarət münasibətlərində istifadə olunmamış böyük potensial var.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin ticarət məsələləri üzrə komissarı Sesiliya Malmström Brüsseldə "Şərq Tərəfdaşlığı"nın onilliyinə həsr olunmuş konfrans çərçivəsində panel müzakirələri zamanı deyib.

O bildirib ki, tərəflər arasında ticarət əhəmiyyətli dərəcədə artıb:

"Bu sahədə hələ çox iş görmək, islahatlar keçirmək lazımdır. Texniki kömək Aİ tərəfindən təqdim olunacaq. Bu, "Şərq Tərəfdaşlığı"nın hər bir ölkəsinin potensialını açmaq üçün faydalı olacaq. İlk növbədə vəd olunan islahatları reallaşdırmaq və mövcud potensialı istifadə etdiyimizdən əmin olmaq lazımdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.