2019-cu ilin may-avqust aylarında Bakıda kommersiya obyektlərinin qiyməti artacaq.

Day.Az bildirir ki, bunu Trend-ə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, artım təxminən 2-3 faiz təşkil edəcək:

"Gələn ay Bakıda kommersiya obyektləri 1,5 faiz bahalaşacaq, növbəti aylarda artım dinamikası qorunacaq. Bu ilin may-avqust aylarında kommersiya obyektlərinin icarəsi də 1,5 faiz bahalaşacaq".

N.İbrahimov əlavə edib ki, kommersiya obyektlərinin ucuzlaşması payız aylarında gözlənilir, ilin sonuna yaxın isə yenidən artım müşahidə olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.