Türkiyə parlamentində terrora cəhd

Türkiyə parlamentində (TBMM) terror aktının qarşısı alınıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, 2 şəxs (qadın və kişi) parlamentin ziyarətçi zalına daxil olaraq CHP-çi deputat Mahmud Tanalla görüşmək istədiklərin bildiriblər və anidən işçilərdən birini girov götürməyə cəhd ediblər.

Sözügedən şəxslər mühafizəçilər tərəfindən zərərsizləşdirilib.

Onların DHKP-C qruplaşmasının üzvlər olduğu deyilir.

 

Əlavə məlumat verilmir.