Meksikada atışma: ölən və yaralananlar var

Meksikanın Playa-del-Karmen kurort şəhərində (Kintana-Roo ştatı) silahlı şəxslər bara hücum edib.

Day.Az-ın Milli.az-a istinadən verdiyi məlumata görə, iki silahlının barda olan insanlara atəş açması nəticəsində bir nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Bildirilir ki, silahlı hücum gecə saatlarında, barda insanların çox olduğu zamanda baş verib.

Hadisə yerinə dərhal polis əməkdaşları, ordu bölmələri və dəniz piayadaları cəlb edilib.

Yaralılara tibbi yardım göstərilib, hadisə yerində ekspertlər işləyirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.