Cənubi Kuril adaları sahillərində 5,6 bal gücündə zəlzələ olub

Rusiyanın Cənubi Kuril adaları sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Day.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri İturup adasından 140 kilometr cənubda, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Şıkotan adasında yerləşən yaşayış məntəqəsinin sakinləri zəlzələni 3 bala qədər hiss edib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.