Bakının sönmüş işıqforları

Hər gün Bakı şəhərində çox sayda qəzaların şahidi oluruq. Bunlar gah sürücülərin, gah piyadaların günahından, gah da başqa səbəblərdən meydana gəlir.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, bu cür qəzaların böyük əksəriyyəti yol infrastrukturunda yaranmış problemlər səbəbindən baş verir. Yol kəsişmələrində işıqforların işləməməsi bunun bariz nümunəsidir.

Bu problem daha çox hərəkətin intensiv olduğu ərazilərdə qəza vəziyyətlərinin yaranmasına səbəb olur.

Mövcud vəziyyətlə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab vermədi.

Həmin fotoları təqdim edirik:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.