Ötən gün Rostov vilayətinin Taqanroq şəhərinin bazarında 44 yaşlı Rusiya vətəndaşı olan azərbaycanlı sahibkar bıçaqlanaraq qətlə yetirilib.

Day.Az virtialaz.org-a istinadla xəbər verir ki, əslən Salyan rayonunun Kərimbəyli kəndindən olan 1975-ci ildə anadan olmuş Elşən Fəxrəddin oğlu Əsgərov 20 ildən artıqdır ki, Rostov vilayətinin Taqanroq şəhərində yaşayaraq orada ailə qurub sahibkarlıqla məşğul olurmuş.

Hələlik qətlin təfərrüatları barədə məlumat yoxdur. Elşən Əsgərovun yaşadığı şəhərdə azərbaycanlılar arasında böyük nüfuz sahibi olduğu deyilir. Mərhumun yaxınları onun nəşini doğmalarının yaşdığı kəndə gətririb torpağa tapşırmaq üçün Rusiyaya gediblər.

Qeyd edək ki, Elşən Əsgərovun atası Kərimbəyli kənd orta məktəbində müəllim işləyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!