“Bakı Gənclər Klubu” məktəblilərin maarifləndirilməsi istiqamətində növbəti layihəsinin icrasına başladı

"Bakı Gənclər Klubu" məktəblilərin maarifləndirilməsi istiqamətində növbəti layihəsinin icrasına başladı  "Bakı Gənclər Klubu" ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Tarixi abidələrimizin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili" adlı layihəsinin icrasına başlamışdır. Layihə Binəqədi rayonu Ə.Ələskərov adına 244 saylı tam orta məktəbin V-VI sinif şagirdlərin iştirakı ilə 15 may - 15 avqust 2019-cu il tarixlərində Bakı şəhəri və digər rayonlarda həyata keçiriləcəkdir.

Layihənin məqsədi - təhsildə qeyri - formal təhsil növünü tərtib etmək ilə, şagirdlərin  keyfiyyət göstəricilərinin yüksəlməsinə və xalqımıza məxsus tarixi və mədəni irsin öyrənilməsi istiqamətində bilik bazasının genişlənməsinə nail olmaqdır.  

Layihənin hazırlıq mərhələsi bitdikdən sonra, cəlb olunacaq Mədəniyyət Nazirliyinin rəsmi bələdçisi - Gülşən Abbasovanın iştirakı ilə təlimlər keçiriləcək və bu təlimlər zamanı layihə iştirakçıları - məktəblilərə tədris olunan dərslik materiallarından əlavə olaraq tarixi abidələr, dahi şəxsiyyətlər və mədəni irsimiz haqqında yeni və maraqlı məlumatlar veriləcək.

Layihənin ikinci mərhələsində təlimlərlə yanaşı "İçərişəhər" və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğları, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və s. tarixi məkanlara infoturlar, həmçinin, Qobustan, Qəbələ, Şəki və Quba rayonlarında tarixi abidələrin yerləşdiyi yerlərə səfərlər təşkil olunacaq. İcra etdiyimiz layihə, təhsil sahəsində həyata keçirdiyimiz layihələrin davamı olaraq, şagirdlərin bilik bazasını zənginləşdirəcək, tarixi və mədəni irsimizin öyrənilməsinə marağı artıracaq və gələcəkdə təhsildə yeni uğurlara imza etməyə sövq edəcək. Layihəyə 22 nəfər məktəblinin iştirakı ilə 3 ay davam edəcək.

"Bakı Gənclər Klubu" ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. "BGK" İB Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu" və "Azərbaycan Kiber İdman Federasiyası"nın təsisçisi və fəal üzvüdür.

Azərbaycan, AZ 1014, Bakı

S.Rüstəm, ev 15 H,  "Gənclər Evi"

Tel: (012) 408 98 45; 441 16 31

Faks: (+99412) 441 16 27

E-mail: [email protected]

www.fb.com/bakigenclerklubu

www.twitter.com/bgk_az

İnstaqram: @baki_gencler_klubu