Bu gün və sabah Bakı Dairəvi-1 avtomobil yolunda və ətraf ərazilərdə nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Day.Az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bundan başqa, axşam saatlarına kimi Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yol qovşağından Mərdəkan yol qovşağına kimi yolun hər iki istiqamətində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Ceyhun bey Hacıbəyli küçəsi və Atatürk prospektinin kəsişməsində yerləşən yeraltı avtomobil tunellərində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.