Bu marşrut xəttinin hərəkət trayektoriyası bərpa edildi
Abşeron rayonunda fəaliyyət göstərən marşrut xəttinin hərəkət trayektoriyası bərpa edilib.
Bu barədə Day.Az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Qurum sözçüsü bildirib ki, marşrut xəttinin istiqamətinin dəyişdirilməsinə səbəb Xocahəsən yolunda gedən təmir işləri olub:
"Bu məqsədlə 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqamətinin müvəqqəti dəyişdirildiyi haqqında məlumat vermişdik. Yolun bir hissəsində işlər yekunlaşdığından 596 saylı marşrutun hərəkət trayektoriyası bərpa edilib".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре