Bakı Fotoqrafiya Evində "ADLAR" isimli yeni sərgi keçiriləcək.

Sərgidə Azərbaycan fotoqrafiya sənətində iz qoyan 19 müəllifin əl işləri təqdim ediləcək. Onlar bizim müasirlərimiz olan şəxslərdir -  peşəkarlar və həvəskarlar... Onlar fotoşəklin - zamanın və məkanın zərrəsindən yola çıxaraq öz hiss və düşüncələrini - sevinc və kədəri, məyusluq və sevgini, ətraf mühitə qarşı münasibəti fotoqrafiya vasitəsilə əks etdirirlər.

Sərginin kuratoru fotoqraf Sənan Ələsgərovdur. Tədbirin açılış mərasimi 21 may 2019-cu il tarixində saat 19:00-da baş tutacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.