Məşhur aktrisa ərə gedir

Amerikalı məşhur kino ulduzu Cennifer Lourens ailə qurur.

Day.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə aktrisanın stilistləri İnstaqram-da məlumat veriblər. Məlum olub ki, Cennifer art-qalereyanın kuratoru Kuk Meruni ilə ailə qurur.

"Biz Cennifer üçün çox həyəcan keçiririk və xoşbəxtik. Çünki tezliklə o, missis ünvanını alacaq", - deyə stilistlərin İnstaqram paylaşımında bildirilib. Paylaşıma Cenniferin gəlinlik paltarında fotosu da əlavə edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.