Azərbaycanın dünyada söz sahibinə çevrildiyi, nüfuzunun artdığı, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyi bir vaxtda Belçika Krallığının paytaxtı Brüsseldə 3-4 nəfər anti-milli ünsürün aksiya keçirməyə cəhd etməsi bir daha sübut etdi ki, ölkəmizin uğurları kimlərinsə məkrli planlarına mane olur.

Day.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Naqif Həmzəyev deyib.

N.Həmzəyev bildirib ki, müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsini gözü götürməyən qüvvələr Azərbaycanda mötəbər tədbirlərin həyata keçirildiyi bir vaxtda daha da fəallaşırlar:

"Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkəmizin dinamik inkişafı, qazandığı nailiyyətləri bu qüvvələrin yuxusunu ərşə çəkir. Onlar hər an pusquda dayanıb, fürsət gözləyir, yalan, şər, böhtan, uydurma xarakterli xəbərlərlə ölkəmizin imicinə xələl gətirməyə çalışırlar. Xaricdə yaşayan antimilli 3-4 nəfərin Brüsseldə aksiya keçirməsi, daha doğrusu şou göstərməsi acınacaqlı haldır. Onların əməlləri bir daha göstərdi ki, bu insanlar üçün müqəddəs bir şey qalmayıb".

Millət vəkilinin sözlərinə görə, gözləri daim xarici havadarlarının cibində olan xainlərin həmişə olduğu kimi bu dəfə də istəkləri ürəklərində qalacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

30%-dək olan cashback-dən indi yararlanın