"Arsenal"ın superulduzu Məsud Özil və sevgilisi Amine Gülşenin toy detallarından sonra bal ayı marşrutu da bəlli olub.

Milli.Az xəbər verir ki, məşhur cütlük 7 iyunda İstanbuldakı "Four Seasons Bosphorus" otelində münasibətlərini rəsmiləşdirəcəklər.

İngiltərə mətbuatının iddiasına görə Özil iki fərqli marşrut üzərində fikirləşir.

Birinci iddiaya görə ikili Maldiv adalarına üz tutacaq. Özil bir gecəlik kirayə üçün 6266 dolları gözdən çıxaracaq.

Digər iddiaya görə Məsud Amine cütlüyü Baham adaların seçə bilər.

Qeyd edək ki, cütlük uzun müddətdir bir yerdədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.