Acun İlıcalı ilə boşanan Şeyma Subaşı yaşadığı villadan köçəndə qarderobundakı paltarları satışa çıxarır.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, artıq Subaşı bir butiklə razılaşıb.

Acundan aylıq 125 min lirə (33 min manat) aliment alan Şeyma yeni köçdüyü evdə paltarlarını yığmağa yer tapmadığı üçün bir çox paltarını satışa çıxarmaq qərarına gəlib. O, İnstaqram səhifəsində 3 milyon izləyicisinə paltarlarını satacağı barədə məlumat verib. Subaşı İstanbulun Bebek səmtində bir butiklə bu barədə razılaşıb. Onun bu qərarı isə "Qazandığı pul çatmır?" sualına səbəb olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.