Hemiltondan xəstə uşağa möhtəşəm hədiyyə

Formula-1 pilotu Lyuis Hemilton xəstə bir uşaq fanatı üçün özəl hədiyyə hazırlayıb.

Milli.Az xəbər verir ki, 5 yaşındakı Harri Şou ölümcül xərçəng xəstəsidir. Harri yarış öncəsində ulduz pilota göndərdiyi mesajında "Salam, Lyuis Hamilton. İspaniyadakı yarışı qazanmağın üçün uğurlar. Bütün hədiyyələrə görə təşəkkür edirəm. Harridən çox sevgilələrlə, salamat qal" diyərək uğurlar arzulayıb.

Nadir sümük xərçəngi ilə mübarizə aparan Harrinin həyatının son günlərini yaşadığı bildirilərkən İspaniya Qran-prisini qazanan Hemilton onun üçün böyük sürpriz hazırlayıb.

Hemilton "Mersedes" komandasının hazırladığı orijinal Formula-1 maşınlarından birini ailəyə hədiyyə göndərib.

Qeyd edək ki, İspaniya Qran-prisi mayın 12-də Barselona şəhərində keçirilib. Hemilton 1:35:50.443 göstəricisi ilə hamını qabaqlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.