Gallup International: Ermənistan ən aqressiv ölkədir

Ermənistan aqressiv ölkələr arasında reytinqdə birinci yerdə qərarlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Gallup International" agentliyinin "Global Emotions" reytinqində deyilir.

Qeyd olunur ki, dünyanın 140-dan çox ölkəsində keçirilmiş sorğuda gülüş, narahatlıq, aqressivlik, heyranlıq, təəccüb və digər emosiyalar barədə suallar verilib.

Sorğuya əsasən, Ermənistan əhalisinin 55 faizi daha çox əsəbiləşdiyini deyib.

Bu reytinqdə ilk beşlikdə Ermənistandan sonra İraq, İran, Fələstin və Mərakeş qərarlaşıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.