Okeanın ən dərin çökəkliyindən nə tapıldı? - Bəşəriyyəti insanlar məhv edəcək

Okeanın ən dərin nöqtəsi olan Marian çökəkliyində kəşfiyyat işləri aparılıb.

Day.Az ölkə.az-a istinadən bildirir ki, amerikalı sualtı kəşfiyyatçı dənizin dibində plastik qab tapıb. Viktor Veskovo Sakit okeanın 11 min metrlik Marian çökəkliyinə enərək rekorda imza atıb. Onun aparatı okeanın dibindəki təzyiqə davam gətirəcək şəkildə istehsal edilib və Viktor 10 min 927 metr dərinliyə qədər enərək çuxurun dibində 4 saat qalıb. Veskovo dəniz canlıları və rənqli qayalıqlarla yanaşı plastik paket və qab da tapıb.

Ondan sonra isə komandası da Marian çökəkliyinə enib. Komanda dənizin 3 fərqli nöqtəsində "amfipot" adlı 4 yeni qabıqlı heyvan növü kəşf edib. 7 min metr dərinlikdə "qaşıq soxulcanı", 8 min metrdə isə çəhrayı dəniz ilbizi kəşf edilib.